Türkiyə xarici turistlər üçün yeni məhdudiyyətlər tətbiq edəcək.
FED.az xəbər verir ki, bu barədə ATOR Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoya istinadla məlumat yayıb.
Eləcə də bax: Türkiyədə otellər bu yay belə işləyəcək - QAYDALAR
Nazirin sözlərinə görə, hakimiyyət xaricdən gələn bütün əcnəbiləri və yerli vətəndaşları ölkənin hava limanlarında COVID-19 testindən keçməyə məcbur edəcək.
Qeyd olunur ki, iyun ayından etibarən ölkənin Səhiyyə Nazirliyi Türkiyənin əsas hava limanlarında sərnişinlərdə virusun olub-olmadığını yoxlayan xüsusi laboratoriyalar təşkil edəcək.
Testlərin pasport nəzarətindən keçməzdən əvvəl aparılacağı və iki-üç dəqiqədən çox çəkməyəcəyi qeyd edilir. Hər bir sərnişin nəticəni beş-altı saatdan sonra biləcək. Nəticənin müsbət olduğu təqdirdə turist dərhal hoteldə təcrid olunacaq və onun əlaqə dairəsi müəyyənləşdiriləcək.
Oxu