Ankara Böyükşəhər Bələdiyyəsi Xalq Çörək Fabriki çörəyin qiymətini artırmamaq qərarına gəlib.
FED.az xəbər verir ki, Xalq Çörək çörəyi 70 qəpikdən satmağa davam edəcək, amma Ramazan pidesi isə 1 lirədən satışa çıxarılacaq. Ankara Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, 250 qramlıq çörək 70 qəpikdən satılmağa davam edəcək.
Eləcə də bax : Adambaşına neçə manatlıq fitrə zəkatı verilməlidir? - AÇIQLAMA
Ramazan ayı ərzində Xalq Çörək satış mağazaları və vitrinlərində yer alacaq 250 qramlıq ramazan pidesi isə 1 lirədən satışa çıxarılacaq.
Ankara Böyüşşəhər Bələdiyyə sədri Mansur Yavaş mövzuyla bağlı verdiyi açıqlamada paytaxt sakinlərinin ucuz və sağlam çörəklə qidalanması üçün Xalq Çörəyin çörək qiymətində dəyişiklik etməyəcəyini bildirib: “Vətandaşlarımızın büdcəsinə yardım edə bilmək üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”.
Həmçinin Xaql Çörək Fabriki bazarda çörək qiymətlərinin artımından sonra tutumları artırma qərarı alıb. Qiymət artımından əvvəl günlük 750 min çörək və çörək məhsulu istehsal edən Xalq Çörək, tələbin artmasından sonra tutumu 815 minə qaldırıb. Paytaxt sakinlərinin yüksək tələbinin olduğu çörək və çörək məhsullarına aid tutumun artırılması davam edəcək və qısa bir zaman ərzində istehsalın 910 minə qaldırılmasının planlaşdırıldığı bildirilib.