Türkiyənin turizmdəki əsas bazarları sayılan rus, şngilis və alman turistlərinin sayında artım yaşanmaqdadır. FED.az xəbər verir ki, İngiltərənin ən böyük turizm araşdırmaçısından biri olan Thomas Cook Türkiyəyə qediyyatdan keçənlərin sayında 63% artım olduğunu, Antaliyanın isə turistlərin sayına görə, Malyorkayı arxada qoyduğunu bildirir.
Türkiyəyə turistlərin axının əsas səbəbi lirənin xarici valyutalar qarşısında ciddi şəkildə dəyər itirməsidir. Lirənin ucuzlaşması ölkəyə gələn turistlərin az bir xərclə yüksək səviyyədə istirahət etməsinə imkan verib. O da qeyd olunur ki, Türkiyəyə gələnlər arasında varlı təbəqənin sayında da ciddi artım müşahidə olunub.
Təşkilatın hesabatında bildirir ki, Türkiyə turizmi bu il turist sayı baxımından ötən iki ilə görə böyük bir artıma nail ola bilib. FED.az məlumat verir ki, bu ilin ilk 6 ayında Türkiyəyə gələn xarici turist sayı keçən ilin eyni dövrünə görə 30% artaraq 15 milyon 968 min nəfər olub.
Eyni dövrdə Türkiyəyə gələn xaricdə yaşayan türklərin sayı da 21% artımla 2 milyon 949 minə yüksəlib. Beləliklə, turistlərin ümumi sayı 18,9 milyon təşkil edib. Turizm gəlirləri ilk 6 ayda 8,7 milyard dollardan 11,7 milyard dollara qalxıb.