Türkiyə Otelçilik birliyinin rəhbəri Timur Bayındır Avropalı turistlərin ölkə turizmi, xüsusilə də İstanbul və şəhər otelçiliyi üçün önəmini vurğulayıb. FED.az xəbər verir ki, Bayındır bildirib ki bu il Orta Şərq turistləriylə keçinsələr də Türkiyə otellerini, muzeylərini dolduran turistlər əsasən Avropalılardır. O, həmçinin 2019 cu il üçün gözləntilərin yüksək olduğunu da bəyan edib: " Önümüzdəki həftə Berlin İTB sərgisində müsbət siqnalların davam edəcəyi gözlənilir. Ancaq hər zaman da israrla qeyd etdiyimiz kimi mütləq adam başı xərcləri, dolayısıyla gəlirləri artırmağa yönəldilmiş üsulları tətbiq etməyə məcburuq. Turist sayındakı artımdan çox qiymətləri yüksəltməyə yönəlmək lazımdır. Bu və gələcək illərin ən vacib tapşırığı bu olmalıdır".
Bu ilin ilk ayının nisbətlərinə baxdıqda Türkiyənin 2019 cu il yanvar ayındakı otellərin doluluq səviyyəsinin 2018 ci ilin eyni vaxtına nisbətən 3,5 faiz azaldığını müşahidə etmək olar. Bu azalmaya qarşılıq olaraq qiymətlərin artdığını görürük.
Eləcə də bax: AzTA sədri: Ərəb turistləri itirdik
2018 ci ildə qonaqlama sektorunda məşğulluq 260 minə qalxıb
Timur Bayındır, Antalyadakı otellərin dolulugunun əvvəlki ilə nisbətən 8,5 faiz artaraq 59,5 faiz olduğunu, ortalama günlük satılan otaq qiymətinin 0,6 faiz artımla 43,9 avro, toplam otaq sayı üzərindən otaqbaşı əldə olunan gəlirlərin isə 9,1 faiz artımla 26,1 avro olaraq ölçüldüğünü bildirdi.
Bayındır, turizm sektorunda yerləşdirmə, yenək içmək xidmətləri və səyahət agentliklərini əhatə edən 3 sahədə toplam məsgullugun (isdihdam) 2018 dan etibarən təxminən bir milyon olduğunu, bunun 665 mininin yemək- icmək , 260 mininin yerləşdirmə, 50 mininin səyahət agentliklərində olduğunu bildirərək belə bir dəyərləndirmə edərək 2018 ci ildə 2017 ə nisbətən 55 minlik artımın olduğunu, bu il yerləşdirmə sektorundakı rəqəmin 300 mini ötüb keçməsini gözlədiyini bildirib.
Türkiyədə ən çox pulu Avropalı turistlər xərcləyirmiş
12:36
1 Mart 2019