Türkiyə hökuməti təyyarələrdə baş verən pozuntulara görə, cərimələri artırıb.
FED.az xəbər verir ki, Mülki Aviasiya Baş Müdirliyi (SHGM) tərəfindən verilən qərara görə, əvvəlki dövrlə müqayisədə cərimələrin məbləği 22,6% artırılıb. Və indi təyyarədə hamının bildiyi qaydaları pozan sərnişinlər 2 min 603 lirə və ya indiki məzənnə ilə 430 dollar cərimə ediləcək.
Bura, xəbərdarlığa baxmayaraq, daşınan elektron cihazları işlətməyə davam edən, yerində oturmayan, təhlükəsizlik kəmərini bağlamayan, sərnişinlər və ya kabin heyəti ilə mübahisə edən, kabin heyətini vəzifəsini icra etməyə mane olan, heyəti təhqir edən və ya şifahi təcavüz edən şəxslər aiddir.
Türkiyə təyyarələrində qaydanı pozanlara – 430 DOLLAR CƏRİMƏ
13:26
11 Fev 2020