Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy mətbuat konfransında turizmdə 2022-ci il məlumatları və 2028-ci il hədəflərini paylaşıb.
Türkiyənin turizm gəlirləri 53%, xərcləri isə - 2 DƏFƏDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, Ersoy "Türkiyə 2022-ci ildə 51,4 milyon turist və 46,3 milyard dollar gəlir əldə edib" deyib.
Ötən il ABŞ-dan Türkiyəyə gələn ziyarətçilərin sayını 1 milyonu ötüb. Məqsəd 2023-cü ildə 1,7 və ya 1,8 milyon ziyarətçi qəbul etməkdir.
"Bundan əlavə, biz Cənubi Amerika, Skandinaviya, Körfəz və Uzaq Şərq ölkələrindən turist cəlb etmək səylərimizi artıracağıq. Bu ölkələrdən gələn turistlərin üstünlüyü ondan ibarətdir ki, onlar uzaq ölkələrdən gəldikləri üçün adambaşına daha çox pul xərcləyirlər və orta qalma müddəti daha uzundur".
Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy 2023-cü il üçün turizm hədəflərinin 60 milyon turist və 56 milyard dollar gəlir olduğunu, 2028-ci ildə isə 90 milyon turist və 100 milyard dollar gəlir hədəflədiklərini də açıqlayıb. (Marja)