Türk Hava Yolları azərbaycanlı sərnişinlər üçün Wingo kampaniyasına start verib.
FED.az xəbər verir ki, Aviaşirkətdən TED.az-a verilən məlumata görə, kampaniya çərçivəsində Bakı, Gəncə və Naxçıvandan Türkiyənin İstanbul və Ankara şəhərlərinə endirimli qiymətlərlə səfər etmək imkanı yaranıb.
Eləcə də bax: Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş - GÖMRÜK XƏTTİ YARADILACAQ
Qeyd edək ki, kampaniya çərçivəsində Bakıdan İstanbul və Sabiha Gökçen hava limanlarına biletlərin qiyməti müvafiq olaraq, 179 və 159 avro təşkil edir. Bakı-Ankara istiqamətində uçuşun qiyməti isə 159 avrodur.
Gəncə və Naxçıvandan olan uçuşlar İstanbul hava limanınadır və hər iki şəhərdən olan uçuşların qiyməti 129 avrodur.
Qeyd edək ki, təklif olunan qiymətlər gediş-qayıdış üçün nəzərdə tutulub və vergilər də qiymətə daxildir.
Kampaniya çərçivəsində tətbiq olunan endirimli biletləri 30 sentyabr – 14 oktyabr tarixlərində əldə etmək olar. Səyahət tarixləri isə 21 oktyabr 2019 – 31 mart 2020-ci illəri əhatə edir. Bundan başqa, bütün biletlərdə baqaj haqqı 30 kq-dır.