Keçən il turizm sektorunun ümumdaxili məhsulda (ÜDM) çəkisi azalıb.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2018-ci illə bağlı hesabatında əksini tapıb.
ELƏCƏ DƏ BAX: Azərbaycandan İrana gedənlərin sayında böyük artım – RƏQƏMLƏR
Beləliklə, 2017-ci ildə ÜDM 70 milyard 135,1 milyon dollar olub, turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də xüsusi çəkisi 2,3 faiz (1 milyard 639,8 milyon manat) olub. 2018-ci ildə ölkə rezidentləri tərəfindən istehsal edilmiş ümumi daxili məhsul əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 79797,3 milyon manata çatıb. Turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜDM-də xüsusi çəkisi isə 2,2 faiz (1 milyard 790,7 milyon manat) olub.
Turizmin ÜDM-də çəkisi – AZALDI
19:48
23 Yan 2019