Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda öz hostelini necə açmaq olar? – İş adamından məsləhət
FED.az-ın məlumatına görə, saziş 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin.
Turizmdə əməkdaşlığa dair saziş – TƏSDİQLƏNDİ
19:52
26 Noy 2018