Son 3 ildə Azərbaycanda səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xaricə gedən ölkə vətəndaşlarının sayı azalıb.
FED.az-ın məlumatına görə, 2015-ci ildə səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə xarici ölkələrə gedən turistlərin sayı 59 956 nəfər olduğu halda, 2018-ci ildə onların sayı azalaraq 52 899-a enib.
Eləcə də bax: Azərbaycan və İspaniya turizm sahəsində daha intensiv - ƏLAQƏLƏR QURA BİLƏR
Ötən müddətdə səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə bir sıra ölkələrə gedən turistlərin sayı azalsa da, bəzi ölkələrə gedənlərin sayı artıb.
2015-ci ildə Almaniyaya 1 236 nəfər getdiyi halda, 2018-ci ildə belə turistlərin sayı azalaraq 931 olub.
2015-ci ildə Böyük Britaniyaya 552, 2018-ci ildə 233 , 2015-ci ildə Çexiyaya 592 nəfər, 2018-ci ildə 573, 2015-ci ildə İspaniyaya 516 nəfər, 2018-ci ildə ldə 211, 2015-ci ildə İtaliyaya 782 , 2018-ci ildə 652 nəfər turist səfər edib.
Son 3 ildə turoperatorların vasitəçiliyii ilə gedənlərin sayında çoxalmanın qeydə alındığı ölkələrin sırasında Türkiyə, Gürcüstan, Fransa, Birləşmiş Ərəb Əmirliyi, İran, Ukrayna və s. var.
Türkiyəyə 2015-ci ildə 19 544, 2018-ci ildə 26 516 nəfər, Gürcüstana 2015-ci ildə 1 119, 2018-ci ildə 1 595 nəfər, Fransaya 2015-ci ildə 481, 2018-ci ildə 640 nəfər, Birləşmiş Ərəb Əmirliyinə 2015-ci ildə 4 485, 2018-ci ildə 5 734 nəfər, İrana 2015-ci ildə 3 743 turist, 2018-ci ildə 4 407 nəfər turist səyahət agentlikləri və turoperatorların vasitəçiliyi ilə səfər edib.
Trend