"Koronavirus təhlükəsinə görə insanlar ölkə xaricinə gedən zaman bir neçə dəfə düşünürlər və risk etmirlər".
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, bu, gözlənilən idi:
"Xarici turistlərin sayında azalma var. Böhranlar yeni imkanlar üçün şərait yaradır. Mümkün variantlardan maksimum istifadə etməyə düşünürük. Belə vəziyyətdə daxili turizm potensialından istifadə edilə bilər. Söhbət gəlmə turistdən deyil, ölkə daxilində olan səfərlərdən gedir. Hesab edirəm ki, ölkə xaricinə gedə bilməyən insanlar təəssüflənməyəcəklər. Biz bütün mehmanxanalarla, turizm iaşə obyektləri ilə daim görüşlər keçiririk. Əmin edə bilərəm ki, onlar turistləri qəbul etmək üçün hazırdır. Hər hansı risk müəyyən edilməyib. Əgər risk olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Kənan Qasımov deyib ki, indiki məqamda hər hansı qiymət artımından söhbət gedə bilməz: "Turizm şirkətlərinin və otellərin qiymət siyasətinə müdaxilə edə bilərik. Lakin tövsiyələrimiz budur ki, prosesi stimullaşdırmaq üçün yerli turistlər üçün müəyyən güzəştlər olsun".
APA