“Turizm sektoru tək Azərbaycanda deyil, dünyada ən çox zərər çəkmiş sektordur”.
Eləcə də bax: Azərbaycanın turizm sektorunda ciddi tənəzzül davam edir – Rəqəmlər Açıqlandı
FED.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, turizm sektorunun özünü nə zaman bərpa edəcəyi ilə bağlı müxtəlif fikirlər var: “Turizm sektoruna dəstəklə bağlı müəyyən məsələlər nəzərdən keçirilməlidir. Regionlarda turizm obyektləri ilə bağlı tibbi-epidemioloji qaydalar qəbul edilib. Ancaq təbii ki, turizm obyektlərinin fəaliyyəti rayonlara gediş-gəlişdən daha çox asılıdır”.