Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlərə lisenziyaların verilməsi qaydasının bərpa oluna bilər.
ELƏCƏ DƏ BAX: Azərbaycandan xaricə viza almaq asanlaşacaq – YENİLİK
Azərbaycanda turizm fəaliyyəti üçün lisenziyalar bərpa oluna bilər. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. Onnu sözlərinə görə, turizm sahəsində lisenziyaların verilməsi 2015-ci ildə ləğv olunub. Məhz həmin illərdə Azərbaycana “gəlmə turizm” inkişaf etməyə başlayırdı: «Ancaq sözsüz ki, inkişafın hər yeni mərhələsi yeni yanaşma, göstərilən xidmətin keyfiyyətinin artırılmasına yeni qaydaların tətbiq olunmasını tələb edir».
ATA rəhbəri bildirib ki, hazırda Azərbaycanda turizm sahəsində 2000-dən çox fiziki və hüquqi şəxs fəaliyyət göstərir. Ancaq bazarda turistlərə lazımi səviyyədə xidmət göstərən həqiqi professional iştirakçıların sayı bu rəqəmdən daha azdır: «Əsas məqsədləri birdəfəlik daha çox gəlir əldə etmək olan xeyli sayda şirkət var ki, onlar turistlərə tam keyfiyyətdə xidmət göstərmək iqtidarında deyillər».
Agentlik sədri bildirib ki, belə şirkətlər turizm sahəsinə və bütövlükdə ölkə imicinə böyük zərbə vururlar: «Göstərilmiş xidmətdən narazı qalan turist isə konkret şəxsi deyil, bütövlükdə Azərbaycanı tənqid edir. Bu isə yolverilməzdir».
F.Nağıyev bildirib ki, hazırda bu sahədə dövlət nəzarətinin təmini mexanizmi üçün iki yanaşma üzərində işləyirik: «Bu ya dövlət reyestri, ya da xüsusi icazələrin verilməsi mexanizmi ola bilər. Bu sahə artıq formalaşmağa başlayır və onun sistemləşdirilməsinə, strukturlaşdırılmasına ehtiyac yaranır».