Bu ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlərin sayında böyük artım müşahidə olunur.
ELƏCƏ DƏ BAX: Turizm sektorunda çalışanların sayı və əməkhaqqı – AÇIQLANDI
FED.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayının 330 min olduğunu, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42 faiz artım qeydə alındığını açıqlayıb.
Bu regiondan daha çox səyahətçi Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.
Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yeri tutur. Rusiyalı turistlərin sayı 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3 faiz artaraq, Azərbaycana gələn bütün xarici vətəndaşların 31 faizini təşkil edib.
Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183 faiz və 149 faiz artmasıdır.
Bu ilin 10 ayı ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi isə 6,1 faiz təşkil edib.
Nəticədə, turistlərin ümumi sayı 2,277 milyondan 2,416 milyona çatıb.
Turistləri payızda sayarlar - RƏSMİ AÇIQLAMA
20:15
20 Noy 2018