Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.
Eləcə də bax: Azərbaycana turist axını - 2 Dəfədən Çox Azalıb
FED.az xəbər verir ki, bunu RF-in Baş naziri Mixail Mişustin deyib.
Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.
“Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların xərclərinin qismən təzminatı üçün ayrılıb”, - deyə, hökumət başçısı bildirib. (Oxu)