Ukraynanın paytaxtı Kiyev şəhəri 2018-ci ildə turistlərin səfəri üçün iqtisadi cəhətdən daha sərfəli şəhər hesab edilib.
Yerli mətbuatın yazdığına görə, bu barədə Böyük Britaniyanın “Hoppa” turist şirkəti “2018-ci ildə səyahət üçün 100 yer: ən bahalıdan ən ucuza qədər” adlı hesabatında qeyd olunub.
Hesabatda vurğulanıb ki, 2018-ci ildə Kiyevdə bir gün qalmaqla üç dəfə yemək, müxtəlif içki və ekskursiya adambaşına orta hesabla 65 funt sterlinqə (təxminən 2500 qriven) başa gələcək.
Şirkətin reytinqinə görə, turistlərin səfərləri üçün Kiyev ən ucuz şəhər hesab edilib.
Ən bahalı şəhər isə ABŞ-ın Nyu-York şəhəri hesab edilib. Şirkətin hesablamasına görə, bu şəhərdə bir turistin gündəlik orta xərci 346 funt sterlinqdir.