İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin oktyabr sayı təqdim olunub.
ELƏCƏ DƏ BAX: Qubada kənd evində dincəlmək neçəyə başa gəlir? – ARAŞDIRMA
FED.az-ın məlumatına görə, “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 193 ölkəsindən 2 milyon 208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 2 milyon manat təşkil edib və 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu əməliyyatların dəyəri 205 milyon AZN və ya 25 faiz artıb.
2018-ci ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 114 milyon manat təşkil edib və ötən ilin sentyabr ayı ilə müqayisədə 23 faiz artıb.
marja.az
Turistlər bank kartları vasitəsilə xərclədikləri vəsait- MƏBLƏĞ
19:27
30 Okt 2018