Banner

Turizm

Təyyarə sərnişinləri haqqında vaxtında məlumat verməyən - DAŞIYICILAR CƏRİMƏLƏNƏCƏK

Təyyarə sərnişinləri haqqında vaxtında məlumat verməyən - DAŞIYICILAR CƏRİMƏLƏNƏCƏK | FED.az
08:09 14 May 2019

Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına ötürməyən daşıyıcılar cərimələnəcəklər.

FED.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir.

Eləcə də bax: Turistlər Azərbaycandan ən çox - NƏ ALIB APARIR?

Bu dəyişikliklərə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısını biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Təqdim olunan qanun layihəsində həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Sərnişinlər və ekipaj üzvləri barədə barədə müvafiq icra hakimiyyəti oqranına məlumatların verilməməsinə görə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcəklər.

Digər xəbərlər

Banner