Fevralın 6-da həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.
FED.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 09:15-da “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 10:30-da Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunub.
Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.
Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.