"Cənab prezidentin tapşırığına əsasən biz əvvəllər Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün, konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən biz burda artıq o işlərin başlanmasını görürük”.
FED.az xəbər verir ki, bu barədə Suqovuşanda jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov bildirib.
O deyib ki, bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur:
“Arxada gördüyünüz hissədə istirahət yerlərinin inşası nəzər tutulub. Artıq cənab prezident tərəfindən burada təməl atma mərasimini olub. Zonalara görə bura gələn turistlər üçün, xüsusilə Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması planlaşdırılır. Gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Zonalara görə burda parklama və iaşə zonaları inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün, ilkin olaraq 5 hektar ərazi ayrılıb."