DAİR Hotellər və Restoranlar Assosisiyası turizm sektoruna dəstək üçün prezident İlham Əliyevə və hökumətə təkliflərlə müraciət edib.
Eləcə də bax: İş adamları Prezidentə və hökumətə - MÜRACİƏT ETDİLƏR – TƏKLİFLƏR
FED.az-a verilən məlumata görə, təkliflər iş icazələrinin xəbərdarlıqsız ləğv edilməsindən tutmuş, sahibkarlara vergi və kredit güzəştlərinin verilməs, bank hesablarına qoyulan sərəncamların ləğvi kimi məsələləri əhatə edir.
Müraciətdə səslənən əsas təkliflər aşağıdakılardır:
- İş icazələrinin xəbərdarlıq olunmadan ləğv edilməsi nəticəsində turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən müəsissələrin əməkdaşlarına və fərdi sahibkarlara 5-7 İyul tarixlərində yazılmış cərimələrin ləğv edilməsini xahiş edirik;
- Bu sahələrdə çalışan müəsissələrə və fərdi sahibkarlara karantin dövründə mövcud əmək qüvvəsinin 75%-nin işə cəlb edilməsi icazəsinin verilməsini xahiş edirik;
- Turizm və qonaqpərvərlik sahələrində çalışan insanların (məvacibləri qismən və yaxud tam ödənilmədiyi halda) bank kreditlərinin (lombardlar daxil olmaqla) və kommunal xərclərinin ödənilməsində dövlət tərəfindən dəstək göstərilməsini xahiş edirik;
- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarların mövcud olan bank kreditlərinin (faiz hissəsi daxil olmaqla) 1 illik dondurulmasını və dövlət subsidiyalarının bu istiqamətdə 2021-ci ilin May ayından etibarən tədbiq edilməsini xahiş edirik;
- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarların mövcud icarə müqavilələrinin “Fors Major” bəndlərində göstərilən şərtlərin təmin edilməsi istiqamətində dövlət dəstəyinin verilməsini, yaranmış vəziyyətin normativ hüquqi sənədlər əsasında fövqəladə hal kimi qəbul edilməsini xahiş edirik;
- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələrin və fərdi sahibkarların cari kommunal və rabitə (internet daxil olmaqla) xərclərinin karantin rejiminin sonunadək dövlət tərəfindən subsidiyalaşdırılmasını, yaranmış borcların isə hal-hazırda dondurulmasını və post karantin dövründə restrukturizasiya edilərək ödənilməsinə imkan yaradılmasını xahiş edirik;
- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarların bank hesablarına tətbiq edilmiş sərəncamların müvəqqəti olaraq ləğv edilməsini, hər bir faktın yenidən araşdırılmasını, borcların təsdiq edildiyində, onların ödənilməsini 2021-ci ilə gədər təxirə salınmasını xahiş edirik;
- Booking.com, Tripadvisor.com və digər beynəlxalq aqreqatorlar (OTA - Online Travel Agency) vasitəsilə qonaq (müştəri) əldə edən təsisatlara komisiyon haqqların ödənildiyində ƏDV və ödəmə mənbəyindən tutulan verginin (withholding tax) ləğv edilməsini və yaxud minimuma endirilməsini xahiş edirik;
- COVİD-19 pandemiyasının neqativ təsirlərini azaltmaq, eyni zamanda turizm, qonaqpərvərlik və əlaqəli sahələrin tezliklə bərpa olmasını və gələcəkdə sürətlə inkişafını təmin etmək məqsədilə Turizmın Dayanıqlı İnkişafına Dəstək Fondunun yaradılmasını xahiş edirik;
- Turizm və qonaqpərvərlik müəsissələrində COVİD-19 pandemiyasının profilaktikasına dair AR Nazirlər Kabineti tərəfindən gəbul edilmiş proqramların və metodik göstərişlərin tətbiqi məqsədilə tələb edilən dezinfeksiya məhlulları, sanitayzerlər və qoruyucu vasitələrin təchizatının mərkəzləşdirilməsini, topdan satış qiymətlərilə və dövlət subsidiyaları dəstəyilə təmin edilməsini xahiş edirik;
- Karantin rejiminin uzadıldığı halda mehmanxana və mehmanxana tipli müəsissələrin və içtimai iaşə obyektlərinin açıq havada olan hissələrində (teraslar) metodik göstərişlərin və təlimatların şərtlərinə ciddi riayət edilməsi şərtilə müştərilərə yerində xidmət göstərilməsinə icazə verilməsini xahiş edirik;
- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarlar üçün xüsusi dəstək paketlərinin işlənməsi və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun “Dövlətin zəmanətli krediti və subsidiya dəstəyi” (eedf.gov.az) platforması vasitəsilə tətbiq edilməsini xahiş edirik;
- Azərbaycan Respublikasının Prezidentinin ölkədə içtimai nəzarətin gücləndirilməsi haqqında cağırışlarını nəzərə alaraq turizm və qonaqpərvərlik sahələrinə aidiyyatı olan dövlət qurumlarında içtimai şuraların yaradılmasına təkan verilməsini və bu qurumlarda içtimai fəal və ekspert hesab edilən sənaye nümayəndələrinin iştirakının təmin edilməsini xahiş edirik.