Azərbaycanın ən gözəl istirahət məkanlarından biri olan Şəkidəki «Narın Qala» İstirahət Mərkəzi bu ilin 1 Mart tarixindən etibarən tam yeni formatda öz işinə başlayyır.
FED.az TURİZM xəbər verir ki, istirahət mərkəzində qonaqların istirahətini təmin etmək üçün bir sıra ciddi dəyşikliklər aparılmışdır.
Burada qonaqları yerləşdirmək üçün 16 hektar şam meşəsinin ərazisində 21 ailəvi kottec var.
Bundan əlavə, mərkəzdə restoran və uşaq oyun meydançası xidmət göstərəcəkdir.
Kotteclər mini mətbəx də daxil olmaqla 1, 2, 3, 4 otaqdan ibarətdir. Kotteclərin tutumundan asılı olaraq aşağı mövsümdə səhər yeməyi də daxil olmaqla qiymətlər 60-70 manat, yay mövsümündə isə 80–90 manatdan başlayacaq.
İstirahət Mərkəzində qonaqlara at gəzintisi, transfer və turlar da təşkil olunacaqdır. İstirahət Mərkəzində istənilən mövsüm üçün (bayram günləri xaric) rezervasiya edən şəxslərə Mart ayının 1-nədək 50%, Aprel ayının 1-nədək isə 30% endirim ediləcəkdir.
Əlavə məlumat üçün +994 50 829 77 70 / 71 nömrəsinə zəng etmək, [email protected]
elektron ünvanına, həmçinin göstərilmiş nömrələrin «Whatsap» ına yazaraq müraciət edə bilərlər.