“Julius Baer” şirkətinin dünya rifah hesabatına görə, Şanxay 2020 -ci ildə dünyanın ən bahalı yaşayış yeri olub.
Eləcə də bax: Bakı dünyanın ən bahalı şəhərləri reytinqinə - DAXİL OLUB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Secretmag”a istinadən xəbər verir.
Mütəxəssislər dünyanın 25 şəhərində 20 lüks məhsulun istehlak qiymətləri indeksini müqayisə ediblər. Çinin iqtisadi paytaxtı əsasən aviabilet qiymətlərinin artması səbəbindən birinci yeri tutmağı bacarıb. Reytinqin keçmiş lideri Honkonq bu dəfə üçüncü sırada yer alıb, ikinci yeri Tokio tutub.
Ekspertlərin hesablamalarına görə, pandemiyanın birinci ilində lüks malların, eləcə də avadanlıq və tibbi xidmətlərin qiymətləri Şanxayda orta hesabla 6% bahalaşıb. “Bloomberg” bildirir ki, eyni zamanda aviabiletlərin qiyməti də 82% artıb.
İkinci yerdə Tokio dayanır. Əvvəllər ən bahalı şəhər olan Honkonqda bahalı əşyaların və xidmətlərin dəyəri dəyişdüyü üçün meqapolis üçüncü yerə düşüb.
“Julius Baer” mütəxəssislərinin fikrincə, Asiya meqapolislərinin ən bahalı olmasının səbəbi Avropa və ABŞ-dan fərqli olaraq, koronavirus pandemiyasının ilk zərbələrindən sonra bu bölgə iqtisadiyyatının sürətli bərpasıdır. Eyni zamanda, hesabatda deyildiyi kimi, 2020 -ci ildə bütün dünyada lüks həyat tərzi cəmi 1% bahalaşıb.
Son illərdə sağlam həyat tərzi dəbi dünyada fəal şəkildə yayılmaqdadır, buna görə araşdırmanın müəllifləri bu il qiymətləndirmə meyarlarının bir hissəsini dəyişdiriblər. Şəxsi məşqçilər, toy ziyafətləri, botoks və pianinolar velosipedlər, qaçış yolları, sağlamlıq sığortası və texnikası ilə əvəz olunub.
Ən bahalı şəhərləri siyahısına həmçinin Monako, Taybey, Sürix, Paris, London, Sinqapur və Nyu-York da daxil olub.