Azərbaycanın turizm sektorunun inkişafı üçün neftdən istifadə olunacaq.
FED.az xəbər verir ki, söhbət Naftalanda çıxarılan müalicəvi neftdən gedir.
Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb
Prezident İlham Əliyev sağlamlıq (müalicəvi məqsədlər üçün– FED.az) turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Məqsəd Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılmasıdır.
Türk şirkəti Ağdamda 130 nömrəlik böyük otel işə saldı - İLHAM ƏLİYEV AÇILIŞDA
Sərəncama əsasən Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan prezidentinə təqdim etməlidir.
Bundan başqa, hökumət Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını da təsdiq etməlidir.
Eyni zamanda Nazirlər Kabineti 2 ay müddətində “Naftalan” Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib dövlət başısına məlumat verməlidir.