Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycan hotellərinin birdəfəlik dolum səviyyəsi 24,8% təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə ən çox dolum 63,2% göstərici ilə Şabran rayonunda olub.
Bu dövrdə Naftalan hotellərinin 45,3%-i, Bakı hotellərinin isə 39,7%-i dolub.
Əksər rayonlardakı hotellərdəki yerlərin çox boş qalıb.
Məsələn Neftaçlada hotellərin doliluq səviyyəsi 0,5%-i, Lerikdə 0,8%-i, Daşkəsəndə 1,1%-i, Gədəbəydə 1,4%-i, Qazaxda 2%-i dolub.