Banner

Turizm

Sabahdan ABŞ-da hamilə qadınlara viza verilməsi üçün yeni qaydalar - TƏTBİQ EDİLƏCƏK

Sabahdan ABŞ-da hamilə qadınlara viza verilməsi üçün yeni qaydalar - TƏTBİQ EDİLƏCƏK | FED.az
12:47 23 Yan 2020

ABŞ Prezidenti Donald Trampın administrasiyası yanvarın 24-dən etibarən hamilə qadınlara viza verilməsi üçün yeni qaydalar tətbiq etmək niyyətindədir.

Eləcə də bax: Trampdan "doğuş turizmi"nə zərbə – VİZA VERİLMƏSİ QAYDALARI SƏRTLƏŞDİRİLƏCƏK

FED.az  xəbər verir ki, bunu Dövlət Departamentinin işçiləri arasında paylanmış sənədlərdən görmək olar.

Belə ki, ABŞ diplomatik nümayəndəliklərinin əməkdaşları hamilə qadınlardan viza verilməsi üçün müraciət qəbul edərkən onların səfərinin əsas məqsədinin nə olduğunu qiymətləndirəcəklər. Müraciət edənlərin ABŞ-a doğuşu həyata keçirmək üçün getmək istədiyi müəyyən edilərsə, həmin qadınların müraciətləri ABŞ-da tibbi yardım almaq istəyən əcnəbilərin müraciətləri ilə eyni şəkildə nəzərdən keçiriləcək. Bu hallarda viza üçün müraciət edən hamilə qadınlar ABŞ-da tibbi yardım almaq niyyətində olduqlarını sübut etməli, bu xidmətlərin ödənilməsi üçün kifayət qədər vəsaitə sahib olduğunu göstərməlidir.

Dövlət Departamenti yeni qaydalar barədə rəsmi məlumatı bu gün verəcək. Onların yanvarın 24-də qüvvəyə minəcəyi gözlənilir.

Məlumata görə, 2012-ci ildə, təxminən, 36 min qadın ABŞ-a xüsusi olaraq bu ölkədə doğuş həyata keçirmək üçün gəlib və sonra ölkəni tərk edib.

Report

Digər xəbərlər

Banner