“İkar” aviaşirkəti (Krasnoyarsk, “Pegas Fly” şirkətinin ticarət markası) Rusiyanın 9 şəhərindən Bakıya müntəzəm sərnişin daşımalarını yerinə yetirmək üçün icazə əldə edib. FED,az xəbər verir ki, bu barədə RF Nəqliyyat Nazirliyi yanında idarələrarası komissiyanın iclasının çərşənbə günü dərc olunan materiallarında bildirilir.
“İkar”ın reysləri ilə həftədə iki dəfə Yekaterinburq, Kazan, Krasnodar, Minvodı, Orenburq, Perm, Rostov-na-Donu, Samara və Ufadan Azərbaycanın paytaxtına səfər etmək mümkün olacaq.
“İkar” aviaşirkəti MMC 1997-ci ilin iyul ayında yaradılıb. “Pegas Fly” şirkətinin bazası Krasnoyarsk aeroportunda yerləşir. Şirkətin Moslva və Xabarovskda filialları, həmçinin Quançjouda (Çin) nümayəndəliyi var. Aviaşirkətin parkı beş ədəd Boeing-767-300, iki ədəd Boeing-737-800, iki ədəd Boeing-737-900 və altı ədəd Embraer-190-100 təyyarəsindən ibarətdir.