Xınalıqda bərpa işləri üçün ayrılan məbləğ daha 2,2 milyon manat artıb.
Fuad Nağıyev: "Xınalıqda tikinti-bərpa işlərinə 6 milyondan çox vəsait yönəlib" - FOTO
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin əsaslı tikinti şöbəsinin rəisi Elşən Ağalarov "Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil olunmuş mediatur zamanı məlumat verib.
Xərclərin artması səbəblərini açıqlayan rəis bildirib ki, "2020 -2021-ci ildə bərpası nəzərdə tutulmuş 16 evimiz də belə idi ki, o evlər bərpa olunduqda çətinliklər yarandı. Tavan ilə bağlı problemimiz oldu, verilən layihə uyğun olmadı. Biz o tavanları dəyişmək iqtidarında deyildik, sonradan təzədən ora əlavə işlər artırdıq. Əlavə işlər vəsaitin bir qədər artmasına səbəb oldu. İlk mərhələdə 44 ev üçün 4,4 milyon manat nəzərdə tutulmuşdu. Sonra isə söküntü işləri ilə bağlı problemlər yarandı. Layihəyə uyğun olaraq 30% söküntü nəzərdə tutulmuşdur ki, söküntü o göstəricidə baş vermədi. 70%-ə qədər hətta, 100%-ə qədər söküntümüz oldu. Sonra oradan qüsur aktlarını tutdu. Layihə İnstitutu biz tərəfdən və inşaatın podratçı təşkilatı tərəfindən. Həmin qüsur aktlarını təqdim etdik Fövqəladə Hallar Nazirliyinə, sonradan qiymətləndirildi və son olaraq da 2,2 milyon əlavə işlərin görülməsi üçün vəsaitin verilməsinə qərar verildi. Biz də onun əsasında işləri davam etdirdik".