Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 289,8 milyon dollar dəyərində 64 min 898 avtomobil gətirilib.
Azərbaycanda avtomobillərin median qiyməti 19 500 manata yüksəlib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ ifadəsində 503,3 milyon dollar (28,1%), miqdar ifadəsində 29 min 685 ədəd (31,4%) azalıb.
Hesabat dövründə idxal olunan avtomobillərin birinin orta qiyməti 19 min 875 dollar (33 min 787 manat) olub ki, bu da, illik müqayisədə 917 dollar (1 559 manat) və ya 4,8% daha bahadır.
Xatırladaq ki, ötən ilin ilk 10 ayında ölkəyə 1 milyard 793,1 milyon dollar dəyərində 94 min 583 avtomobil gətirilmişdi. İdxal olunan avtomobillərin bir ədədinin orta qiyməti 18 min 958 dollar (32 min 228 manat) olmuşdu.
Başqa sözlə, bu il orta hesabla ölkəyə ayda 6 min 490, gündə 213 avtomobil gətirilir. Ötən ilin eyni dövründə isə bu rəqəm aylıq 9 min 458-ə, günlük 311-ə bərabər idi.













