Xınalıqda tikinti bərpa işlərinə 6 milyondan çox vəsait yönəldilmişdir.
"Xınalıq və Köç Yolu" qoruğunun təmir-bərpa xərcləri 50% artıb"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Xınalıq UNESCO-da 1 il" mövzusunda təşkil olunmuş mediaturda məlumat verib.
"Belə ki, biz bərpa nəzərə alanda əsaslı tikintini nəzərdə tutmurduq. Amma sonra görəndə ki, Xınalıqda yerləşən evlər çox qədimdir, ona görə də biz bərpa prosesinə başlayanda evlər demək olar ki, dağıldı. Ona görə biz məcbur olduq ki, insanların evini təzədən bərpa edək. Ümumi tikinti bərpa işlərinə isə 6 milyon 600 min manat ayrılıb" - deyə Fuad Nağıyev bildirib.