25 noyabr 2026-cı il tarixində Rusiyada yaşayan azərbaycanlı iş adamı “Kiyevskaya ploşad” şirkətlər qrupunun həmsahibi, Qod Nisanov Moskvanın meri Sergey Sobyaninə yeni beşulduzlu “Rossiya” hotel kompleksini təqdim edib. Hotel Moskvanın mərkəzində, Kremldən 500 metr məsafədə yerləşir.
Ən zəngin 4 azərbaycanlı - ADLAR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə "RBK Nedvijimost" məlumat yayıb.
Qod Nisanov layihənin investoru qismində çıxış edib və inqilabdan əvvəlki memarlıq çertyojları əsasında üç tarixi gəlirli yaşayış binasının bərpasını maliyyələşdirib.
Yenidənqurma işləri zamanı binaların tarixi görkəmi bərpa olunub, inqilabdan əvvəlki Moskvanın memarlıq xüsusiyyətləri qorunub saxlanılıb. Layihə bərpa edilmiş tikililəri vahid hotel kompleksində birləşdirib. Kompleks xarici nümayəndə heyətlərinin, işgüzar səfərdə olan şəxslərin və turistlərin qəbulu üçün nəzərdə tutulub.
Kompleksin əsas hissələrindən biri 500 nəfərədək tutumu olan konqres mərkəzi olacaq. Kremlin yaxınlığında yerləşməsi sayəsində mərkəz beynəlxalq görüşlərin, konfransların və işgüzar tədbirlərin keçirilməsi üçün Rusiya prezidentinin iqamətgahına ən yaxın məkanlardan birinə çevriləcək.
Moskvanın meri kompleksin tikintisini maliyyələşdirən investor Qod Nisanova təşəkkür edib. Nisanov isə öz növbəsində bildirib ki, layihənin həyata keçirilməsi zamanı Varvarka küçəsində 1930-cu illərdə itirilmiş binaların tarixi fasadlarını bərpa etmək mümkün olub.
Hotel kompleksinin ümumi sahəsi 64 min kvadratmetrdir. Burada 151 nömrə, spa mərkəzi, tibb klinikası, həmçinin 25 metrlik hovuzu olan fitnes-klub fəaliyyət göstərəcək.





















