Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 124,1 milyon dollar dəyərində 198,2 min ton şəkər ixrac edilib.
Azərbaycan 10 ayda çay ixracından 6 milyon manatdan çox gəlir əldə edib
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 126,5 min ton (2,8 dəfə), dəyə ifadəsində 72,7 milyon dollar (2,4 dəfə) artıb.
Hesabat dövründə xaricə satılan şəkərin bir kiloqramının orta qiyməti təxminən 1,1 manat olub. Bu, illik müqayisədə 0,1 manat daha ucuzdur.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 71,7 milyon dollar dəyərində 51,4 min ton şəkər ixrac edilmişdi. İxrac edilən şəkərin bir kiloqramının orta qiyməti 1,2 manat idi.














