Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır.
«Kasıblar üçün Land Rover Defender» buraxıldı - 544 AT GÜCÜ – QİYMƏT
FED.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, konsernin oktyabr ayında dünya üzrə satışları törəmə "Daihatsu Motor Company" də daxil olmaqla, ötən ilin oktyabr ayı ilə müqayisədə 6.3 faiz azalaraq 940 809 ədəd təşkil edib.
İstehsal isə 9.4 faiz azalaraq 953 989 avtomobilə düşüb.
Benzinin qiymətinin kəskin artması, Çində ənənəvi avtomobillərə tələbatın azalması və Yaxın Şərqdə təchizat problemləri Yaponiya avtomobil istehsalçısının ilin böyük hissəsində daha az avtomobil istehsal etməsinə və satmasına səbəb olub.
Çində "Toyota" və "Lexus" markalı avtomobillərin satışları 25 faiz azalıb. "Toyota"nın aylıq satışları Yaponiyada da 5.7 faiz, Hindistanda isə 12 faiz aşağı düşüb. Bununla belə, hibrid avtomobillərə yüksək tələbat sayəsində ABŞ-yə tədarük 6.5 faiz artıb. "Toyota"dan bildirilib ki, proqnozlara görə, 2026-cı ildə hibrid avtomobillərin satışları ilk dəfə beş milyon ədədi ötəcək.
"Honda Motor" şirkətinin göstəriciləri də pisləşib: oktyabr ayında dünya üzrə satışlar 10 faiz azalaraq 263 136 ədəd təşkil edib. Buna Çində satışların 52 faiz kəskin azalması da daxildir. "Nissan Motor" isə satışların 18.5 faiz azaldığını, Çində isə bu göstəricinin 67 faiz gerilədiyini bildirib.













