“İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC (VÖEN: 1307417001) “Hovers Group” MMC (VÖEN: 1501843641) ilə satınalma müqaviləsi imzalayıb.
Ağdamda binaların tikintisinə - Daha 122 milyon ayırıldı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, müqavilə çərçivəsində Cəbrayıl rayonu, “Araz Vadisi iqtisadi Zonası” Sənaye Parkının dalan dəmir yolu xətti infrastrukturunun yaradılması məqsədilə tikinti-quraşdırma işlərinin satın alınması nəzərdə tutulub. Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 16 milyon 419 min 223 manatdır.
Qeyd edək ki, dövlət qurumu bu tenderin keçirilməsinə 18 milyon 44 min 532 manat ayırmışdı. Şirkətin təkifi bu məbləğdən 1 milyon 625 min 309 manat (9%) daha az olub.
Xatırladaq ki, “Hovers Group” MMC 2011-ci ildə yaradılıb. Nizamnamə kapitalı 345 min 720 manat olan şirkətin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, ev.73 hüquqi ünvanında yerləşir.














