Bu gün Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Arabian Tourism Market” – beynəlxalq turizm sərgisində iştirak edir.
Eləcə də bax: Turizm Agentliyi Qarabağla bağlı konsepsiyanı prezidentə -Təqdim Edib
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə məlumat verib.
Onun sözlərinə görə, bu, ölkəmizin koronavirus (COVID-19) pandemiyası başlayandan bəri beynəlxalq turizm sərgilərində ilk canlı iştirakıdır: “İndiyə qədər biz sərgilərdə yalnız onlayn təmsil olunurduq, bu dəfə isə canlı iştirak edirik. Azərbaycan stendində Qarabağın, o cümlədən Şuşa şəhərinin turizm potensialı ilə bağlı ilk dəfə məlumat var. Ona sərgi iştirakçıları böyük maraq göstərir". (Report)