Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətlərinə Gürcüstana uçmağı qadağan edib. FED.az xəbər verir ki, Putinin fərmanı ilə iyulun 8-dən etibarən aviaşirkətlərə müvəqqəti olaraq Rusiya ərazisindən Gürcüstana insanların daşınması qadağan edilib.
Bundan başqa, fərmana əsasən turizm şirkətlərinə tövsiyə edilib ki, qadağanan davam etdiyi müddətdə Gürcüstan ərazisinə səfərləri nəzərdə tutan turizm məhsullarının satışını dayandırsınlar.
Rusiya rəhbərliyi bu qərarı Gürcüstanda son günlər davm edən iğtişaşlar və Rusiyaya qarşı çıxışlar olub. Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabbarov bildirib ki, bu hadisələr nəticəsində son illər düzəlməyə başlayan Rusiya-Gürcüstan münasibətləri illərlə geri atılıb.
Rusiyanın ucuz uçuşlar təklif edən «Pobeda» aviaşirkəti elan edib ki, iyulun 8-dək Gürcıstana uçuşları davam etdirəcək, sonra isə uçuşlar dayanacaq və bileti olan sərnişinlərin pulu qaytarılacaq.
Artıq bu qadağadan Gürcüstanın itirəcəyi zərər də açıqlanıb. Moskva Ali İqtisad Məktəbinin dünya iqtisadiyyatı və siyasəti fakultəsinin dekan müavini Andrey Suzdalsev bildirib ki, bu qadağa nəticəsində Gürcstan azı yarım milyard dollar gəlirdən məhrum olacaq: «Hər il Rusiyanın 2 milyon vətəndaşı Gürcüstana səfər edir və orada azı 200-250 dollar xərcləyirlər. Bu hesabla Gürcüstan təqribən yarım milyard dollar itirəcək».
Dekan müavini deyib ki, kiçik iqtisadiyyata malik olan ölkə üçün bu böyük zərbə olacaq. Qeyd edək ki, 2018-ci ildə Gürcüstan iqtisadiyyatının həcmi 16,2 milyard dollar olub.
Putindən Gürcüstana 500 milyon dollarlıq – TURİST QADAĞASI
00:35
22 İyun 2019