Yaxın vaxtlarda Pirallahı rayonu və onun yaxınlığındakı adalarda istirahət mərkəzləri və hotellərin tikintisi nəzərdə tutulur. FED.az xəbər verir ki, bu barədə aprelin 17-də Pirallahı Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün yekunlarına həsr edilən yığıncaqda bildirilib. Toplantıda icra hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Pirallahı, Gürgən və Çilovda inşa ediləcək istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşunaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idman növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni müasir çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanlar yaranıb.
Paralel olaraq Pirallahı Sənaye Parkında “Hayat Pharm” və “Caspian Pharmed” dərman preparatları, eləcə də şpris istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir. Həmçinin “Nərəkənd” balıqyetişdirmə kompleksində qapalı və açıq tipli fermalarının tikinti-quraşdırma işləri aparılır.
Pirallahı, Gürgən və Çilovda istirahət mərkəzləri tikiləcək
10:07
18 Aprel 2018