Nazirlər Kabineti “Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” özünün 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edib. FED.az xəbər verir ki, sözügedən qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “II. Təsərrüfathesablı qurumlar” bölməsinin “6. Mədəniyyət və istirahət parkları” hissəsi ləğv edilib.
ELƏCƏ DƏ BAX : Bakı israillilərin ən çox səfər etdiyi 10 şəhərdən biri oldu