“Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən Bakıya məcburi eniş edib. AZAL-dan FED.az-a verilən məlumata görə, bu barədə Bakı hava limanına siqnal Bakı vaxtı ilə saat 11:29-da daxil olub. Təyyarə Bakı vaxtı ilə saat 12:16-da hava limanına uğurlu eniş edib, xəsarət alan yoxdur.
Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə uçurdu.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunduğuna görə, aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.
Mühərriki dayanan təyyarə məcburi Bakıya enib

13:37
29 May 2018