Rusiyanın "Nordwind" aviaşirkəti Moskva-Qəbələ müntəzəm sərnişin aviareysi üzrə biletlərin satışına başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, uçuşlar 2022-ci il yanvarın 16-dan hər həftənin bazar günləri "Boeing-737-800" təyyarələri ilə həyata keçiriləcək.
Moskvadan uçuş yerli vaxtla saat 00:10-da, Qəbələdən isə saat 05:20-də yerinə yetiriləcək.
FED.az-ın məlumatına görə, "Nordwind" aviaşirkəti ilə Moskva-Qəbələ uçuşları Moskvanın Şeremetyevo aeroportunda yerinə yetiriləcək. Uçuş qiyməti isə hər iki tərəfə təqribən 260 dollar (442 manat) təşkil edir.