Səudiyyə Ərəbistanı Məkkədə Ümrə (kiçik həcc) yerinə yetirmək və Mədinədəki Peyğəmbər məscidini ziyarət etmək məqsədi ilə ölkəyə girişin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyindən bildirilib.
Eləcə də bax: İranda 88 nəfərin koronavirusdan öldüyü iddia edilir - VİDEO
Bundan əlavə, koronavirusun yayılması təhlükəsi olan ölkələrə turist vizalarının verilməsi də dayandırılıb.
Qeyd edək ki, 39 ölkədə 80 988 koronavirusa yoluxma halı qeydə alınıb. Bunlardan 96,5 faizi Çində müəyyən edilib.
Oxu