"Azərbaycanda hotellərin sayı yetəri qədər deyil".
FED.az xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinmann bildirib. Onun sözlərinə görə, yaxın illərdə Azərbaycana gələn turistlərin sayı artacaq:
Eləcə də bax: "Azərbaycanda hotellərin dövriyyəsinin - CƏMİ 6%-İ ÖZLƏRİNƏ QALIR" - RƏSMİ
"Buna görə də çoxlu sayda hotelin olması lazımdır. Bakıda demək olar ki, hər cür hotel var və burada 4 və 5 ulduzlu hotellərin sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çoxdur. Ona görə də bu sahəni tənzimləmək labüddür ki, turistlər öz büdcələrin uyğun mehmanxanalara yerləşə bilsinlər".
AHA prezidenti qeyd edib ki, Azərbaycan hökuməti regionların inkişafına, infrastrukturunun qurulmasına böyük dəstək göstərir:
"Hesab edirik ki, hotellərin infrastrukturunun qurulmasına da dəstək göstərilməlidir. Bu dəstək olarsa, regionlarda müxtəlif ulduzlu hotellərin olması məsələsi də tənzimlənəcək".
M.Kleinmann əlavə edib ki, Azərbaycanın dağlıq ərazilərində də hotellərin tikilməsi çox vacibdir:
"Artıq bəzi ərazilərdə bir neçə hotel var. Onlar əsasən xizək sürən turistlər üçün nəzərdə tutulub və mövsümüdür. Fikrimiz budur ki, bu cür hotelləri mövsümü etməyək, onları bütün il ərzində turistləri qəbul edə bilən məkana çevirək".
Assosiasiya prezidentinin sözlərinə görə, Azərbaycanın elə gözəl əraziləri var ki, ora demək olar ayaq basılmayıb, araşdırılmayıb:
"Belə məkanlar turistlərə maraqlı olur. Buna görə də dağlıq ərazilərdə hotellərin tikilməsi nəzərdən keçirilməlidir. Lakin bəzi ölkələrin təcrübələrinə əsasən deyə bilərik ki, hər hansı təhlükənin yaranmaması üçün belə ərazilərdə tikinti yerləri düzgün seçilməli, təbiətə ziyan vurulmamalıdır".
Eləcə də bax: Bakıda “Old City Inn” hotelini seçən rusiyalı turist xoşagəlməz hallarla - QARŞILAŞIB
Apa