Banner

Turizm

Marsa uçuş biletinin qiyməti açıqlandı

Marsa uçuş biletinin qiyməti açıqlandı | FED.az
10:30 13 Fev 2019

“SpaceX” şirkətinin sahibi İlon Mask Mars planetinə uçuş biletinin qiymətini elan edib.

FED.az Technote-yə istinadən xəbər verir ki, o, qiymətin 100 min dollardan aşağı olacağını bildirib. Qiymətə gediş-dönüş daxil olacaq.

O bildirib ki, inkişaf etmiş istənilən ölkənin vətəndaşı öz evini sataraq əldə olunmuş vəsait hesabına Marsa uçuş biletini əldə edə biləcək.

Mask onu da qeyd edib ki, qiymətlər kosmik gəmidə olacaq kosmonavtların sayından da asılı olacaq.

Qeyd edək ki, “SpaceX” şirkəti insanları 2020-ci ildən etibarən Mars planetinə “Starship” raket sistemi vasitəsilə çatdırmağı planlaşdırır. Şirkət artıq bu raket sisteminin kiçik versiyasını yığıb və onun testinə start verib. Əvvəlki adı “Big Falcon Rocket” kimi tanınmış “Starship” kosmik sistemi özündə 100 nəfər sərnişini yerləşdirə biləcək.

Digər xəbərlər

Banner