Dünyanın ən böyük otel şəbəkələrindən biri olan "Marriott"un qonaq məlumat bazası "hack"lanıb. Son 4 ildə bu otellərdə qalan 500 milyon müştərinin məlumatları hakerlərin əlinə keçib.
Kiber oğruların "Marriott"a aid "Starwood" qrupu otellərində qalmış 500 milyon qonağa aid məlumatları ələ keçirdiyi ortaya çıxıb. 2014 -2018-ci illər arasını əhatə edən təhlükəsizlik hadisəsi nəticəsində, həmin otellərdə qalmış insanların doğum tarixi, pasport nömrələri, e-poçt və kredit kartı məlumatları ələ keçirilib.
"Marriott"dan verilən açıqlamada qeyd edilir ki, "Starwood" Qrupunun qonaq rezervasiya bazası ələ keçirilib.