Yeni il ərəfəsində ölkəyə gələn turistlərin sayının artması hotellərdə və istirahət məkanlarında yerlərin sayını məhdudlaşdırıb. Bu isə həyət evləri ilə yanaşı, lüks villalara da tələbatı artırıb. Tələbat isə qiymətlərə öz təsirini göstərib.
Eləcə də bax: Yeni ili Parisdə keçirmək Şamaxıda keçirməkdən ucuz başa gəlir - TƏZADLI QİYMƏTLƏR
FED.az xəbər verir ki, belə villalarda istirahət bəzi hallarda hotellərdən də baha başa gəlir.
İstirahət üçün lazımi şəraitlə təchiz olunan villalarda üç gecə-dörd gün qalmaq istəyənlər 1000 manatdan çox pul ödəyirlər. Belə villalar müştərilərə paytaxtla yanaşı, bölgələrdə də təklif edilir.