“Türk Hava Yolları” (THY) 2018-ci ilin oktyabrından etibarən İstanbulda tikilən yeni havalimanına köçəcək və uçuşlar artıq bu limandan həyata keçiriləcək.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu THY-nın baş direktoru Bilal Ekşi bildirib.
Onun sözlərinə görə, yeni hava limanında terminallar daha çox rəqəmsallaşdırılıb və bu da sərnişinlərə yükəskl keyfiyyətli rəqəmsal xidmətlər təqdim etməyə imkan verəcək: “Orada ən uyğun yerlər THY-na ayrılacaq. Yeni hava limanı THY-yə böyük imkanlar yaradacaq”.
Qeyd edək ki, yeni hava limanı İstanbulun Tayakadın Mah. Arnavutköydə yerləşir. İllik 150 mln. sərnişin tutumu olan hava limanın tikintisinin bu il ərzində yekunlaşdırılacağı gözlənilir.
Bir müddət əvvəl Türkiyənin baş nazir Binəli Yıldırım bildirib ki, hava limanın fevral ayında açılması planlaşdırılır.