İstirahətini xarici ölkələrdə keçirmək istəyən, amma nağd pulu olmayanlar kreditlə turpaket götürməyə üstünlük verirlər. Xüsusilə də yay aylarında belə turpaketlərə üstünlük verənlərin sayı artıb.
FED.az bildirir ki, istənilən qiymətə hər hansı bir ölkəyə səyahət üçün turpaket götürürsən, ödənişini kreditlə həyata keçirirsən. Bir çox turizm şirkəti müştəri cəlb etmək üçün müxtəlif kredit kampaniyaları təşkil edir. Son zamanlar, xüsusilə xarici ölkələrə turist səfərlərinə marağın artması turizm şirkətlərini hərəkətə keçirib. Kreditli səyahət paketinin üzərinə əlavə faiz gəlməsinə baxmayaraq, belə kampaniyalara maraq az deyil.
Bundan əlavə, istirahətə getməzdən 6 ay qabaq da turpaket alanlar var ki, onlara hissə-hissə ödəmə imkanı verilir. Bu zaman yalnız şəxsiyyət vəsiqəsi lazımdır. Amma kreditlə turpaketlər götürmək üçün isə bəzi sənədlər tələb olunur.
Qiymətlərə gəlincə isə, ümumi turpaketin qiymətinin üzərinə 12 faiz əlavə ödəniş gəlir.
Vətəndaşların kreditlə turpaket almağa münasibətləri isə birmənalı deyil.
Qeyd edək ki, xarici ölkələrlə yanaşı, ölkədaxili turpaketləri də kreditlə əldə etmək mümkündür.