Qubaya əvvəlki illə müqayisədə daha çox turist gəlib. Bu barədə FED.az-a Quba rayon truzim informasiya mərkəzinin rəhbəri Murad Hacızadə bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən indiyədək rayona 5 min turist gəlib ki, bu da əvvəlki illə müqayisədə təqrbən 15% artıqdır. Turistlərin 600 nəfəri xarici vətəndaşlardır.
Qubaya gələn xarici vətəndaşların əksəriyyəti ərəb, İran və Rusiyadan gələnlərdir. Avropadan gələnlərin əsas hissəsini İgiltərə və Fransa vətandaşları təşkil edir.
M.Hacızadə bildirib ki, bölgədəki otellər və turizm obyektləri gələn turistləri yerləşdirmək üçün kifayət edir. Onun sözləinə görə, turistlər daha çox 3-4 ulduzlu otellərdə qalmağa üstünlük verir. Avropadan gələnlər isə əksinə, hoteldənsə kənd evlərində qalmağa üstünlük verirlər.
Mərkəzin rəhbəri bildirib ki, indiyədək turistlər tərəfindən şikayət qeydə alınmayb. Kənd evlərində 1 günlük qalma xərci 15 manatdan başlayır və 300 manatadək yüksəlir.
Qiymətlər evin böyüklüyü, qonaqların yeməklə təminatı və sair xidmətlərdən asılı olaraq dəyişir: «15 manatlıq evlər çox da böyük olmayan və yüksək şəraiti olmayan evlərdir. 300 manata olan evlər isə daha böyük və hər cür şəraiti olan gündəlik 3 dəfə yeməklə təmin olnurlar».
Kənd evlərində bir günlük qiymət 300 manata çatır
13:38
26 İyul 2018