İspaniyada atışa çıxarılan hotellərin sayı kəskin artıb.
FED.az xəbər verir ki, böhran səbəbindən işləməyən otellərin sahibləri onlardan azad olmağa çalışırlar, nəticədə son bir ildə satışda olan otellərin sayı 30% artıb. İspaniyanın «Idealista» əmlak saytının siyahısında satışda olan hotellərin sayı 600-ü keçib.
Maraqlıdır ki, hətta pandemiya məhdudiyyətləri yumşaldıqdan və İspaniyaya turistlərin səfərlərinə başlandıqdan sonra da otel sektoru özünə gələ bilməyib. Özü də ispaniyaya təkcə Avropa birliyi deyil, kovid pasportuna mali olan digər vətəndaşlar da gələ bilər.
Turizm sektorunun yay aylarında 2019-cu ilin rəqəmlərinin yarısını bərpa edəcəyi gözlənilirdi. Lakin Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələr tərəfindən tətbiq edilən müvəqqəti məhdudiyyətlər maliyyə göstəricilərinin aşağı düşməsinə səbəb olub.
Satışa çıxarılan otellərin yarısı İspaniyanın 3 vilayətində yerləşir. Əndəlusda 135 otel, Kataloniyaa 113, Balear adalarında isə 67 otel satışdadır. Bundan sonra isə Valensiya, Kanar adaları və Qalisiya gəlir.