Son illər İraqdan Azərbaycana gələn turistlərin sayında davamlı artım var. Bu barədə FED.az-a Azərbaycanın İraqdakı səfirliyindən bildirilib. Qeyd edək ki, bir gün əvvəl FED.az-da dərc edilən məlumatda ölkəyə İranan və İraqdan gələn turistlərin sayının azalması və bunun səbəbləri göstərilmişdi.
Səbəblərdən biri kimi, İraq turistlərinə vizanın aeroportda verilməsinin dayandırılması göstərilirdi.
Eləcə də bax: Azərbaycanlıların vizasız gedə biləcəyi ölkələr - SİYAHI
Səfirlikdən bildirilib ki, son 3 ildə İraq turistlərinə Azərbaycana gəlmək üçün verilən vizaların sayı sürətlə artır. Belə ki, 2016-cı ildə İraq vətəndaşlarına 35-40 min, 2017-ci ildə 60-65 min, 2018-ci ildə isə 74 min viza verilib. Başqa sözlə, xaricilərə verilən vizaların həcmində artım var.
Bununla yanaşı, FED.az-ın əldə etdiyi məlumata görə, bəzi ölkə vətəndaşlarına hava limanında vizaların verilməsinin dayandırılması təhlükəsizlik məqsədləri ilə bağlı olub.